BAKI, 7 aprel. TELEQRAF

Türkiyədə erkən prezident seçkisi olmayacaq, seçki vaxtında keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Cümhuriyyət Xalq Partiyasının (CHP) erkən seçki ilə bağlı imzatoplama kampaniyasını şərh edərkən deyib.

“Heç kim boş yerə imza toplamamalı, növbədənkənar seçki xəyalına düşməməlidir. Cənab prezidentimiz və türk millətinin böyük dəstəyi ilə seçilən prezident kabineti vəzifə başındadır.

“Cümhur İttifaqı”nın (AKP-MHP bloku) iradəsi seçkilərin vaxtında keçirilməsi yönündədir və bu iradə mütləqdir”, - MHP lideri vurğulayıb.