
BAKI, 7 aprel. TELEQRAF
Rusiya ordusu Donetskdə daha bir yaşayış məntəqəsini ələ keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada bildirilir ki, "Qərb" qruplaşmasının bölmələrinin ardıcıl və qərarlı hərəkətləri nəticəsində Katerynovka yaşayış məntəqəsi azad olunub.