
BAKI, 7 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp onun tarif siyasətinə etiraz edən amerikalıları güclü, cəsarətli və səbirli olmağa çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.
“Birləşmiş Ştatların onlarla əvvəllər edilməli olan bir şeyi etmək şansı var. Zəif olma! Axmaq olma! Güclü, cəsarətli və səbirli olun və nəticə böyümə olacaq”, - Tramp bildirib.
Xatırladaq ki, Amerikanın bir neçə ştatında Trampın tarif siyasətinə etiraz olaraq aksiyalar keçirilmişdi.
ABŞ prezidenti ötən həftə dünyanın bütün ölkələrindən idxal olunan mallara qarşı yeni tariflər tətbiq etmişdi.