
BAKI, 7 aprel. TELEQRAF
İran ABŞ ilə vasitəçilərlə danışıqlara başlamağa hazır olduğunu bildirən təklifi düzgün hesab edir və Vaşinqtonun bu təşəbbüsə müsbət cavab verməsini gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib.
"Biz ABŞ-nin qərarını gözləyirik və ümid edirik ki, İranın danışıqlar təklifi diqqətlə qiymətləndiriləcək. Bu təklif İranın mövcud problemləri həll etməyə olan yaxşı niyyətini göstərir. Biz inanırıq ki, digər tərəf bu məsələyə müsbət yanaşacaq”,- o qeyd edib.
Beqai əlavə edib ki, əgər danışıqlar başlasa Omanın vasitəçilik etməsi ehtimalı yüksəkdir.