
BAKI, 7 aprel. TELEQRAF
Aprelin 6-da Şimali Koreyada 31-ci Beynəlxalq Pxenyan Marafonu keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyi məlumat yayıb.
Marafonu koronavirus məhdudiyyətləri səbəbindən 2020-ci ildən Koreyada keçirilmir.
Məlumata görə, ənənəvi olaraq idmançılar tam marafon (42,195 km) və yarımmarafonda (21,097 km), həmçinin 10 və 5 kilometr məsafəyə yürüşlərdə iştirak ediblər. Marşrut KXDR paytaxtının mərkəzindən keçib. Marafona koreyalı idmançılar və həvəskarlardan əlavə 200-dən çox əcnəbi qatılıb.
Bu marafon ilk dəfə 1981-ci ildən keçirilir. Sonuncu dəfə isə 2019-cu ildə keçirilib.