
BAKI, 7 aprel. TELEQRAF
Yaponiyanın Baş naziri Şiqeru İşiba Yaponiya mallarına gömrük rüsumları məsələsini həll etmək üçün mümkün qədər tez ABŞ-yə səfər etmək istədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, ən qısa zamanda ABŞ-yə getmək istədiyini açıqlayıb.
Siyasətçinin sözlərinə görə, təklifləri aydın paketdə çatdırmaq lazımdır.
İşiba həmçinin rüsumların tətbiqi ilə bağlı vəziyyəti milli böhran adlandırıb.