BAKI, 7 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp həftə sonu Avropa və Asiya liderləri ilə ABŞ-nin yeni tarifləri ilə bağlı danışıqlar apardığını bildirib.

Teleqraf xəbər verir ki, o, Floridadan Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırıb.

"Mən bir çox Avropa və Asiya liderləri ilə danışmışam. Onlar ticarət sövdələşməsinə can atırlar", - Tramp deyib.