
BAKI, 7 aprel. TELEQRAF
"Rusiya İranın nüvə proqramı ilə bağlı yaranmış problemi siyasi və diplomatik vasitələrlə həll etmək üçün bütün zəruri addımları atmağa hazırdır".
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya ilə İran arasında bu məsələ ilə bağlı daimi məsləhətləşmələr aparılır.
"Biz iranlı tərəfdaşlarımızla nüvə sazişi ilə bağlı daimi təmasdayıq. Bu istiqamətdə məsləhətləşmələr davam edir və yaxın gələcəkdə də davam etdiriləcək”, - Peskov vurğulayıb.