BAKI, 7 aprel. TELEQRAF

Litva və Estoniya Rusiya ilə sərhədlərini qorumaq üçün nəzərdə tutulan “dron divarı” adlandırılan layihə üçün Avropa İttifaqından (Aİ) maliyyə ala bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Estoniya və Litva sərhədləri boyunca “dron divarı ” adlandırılan layihənin Aİ tərəfindən maliyyələşdirilməsi üçün birgə ərizə təqdim ediblər, amma layihə maliyyə ala bilməyib”, - məlumatda deyilir.