
BAKI, 7 aprel. TELEQRAF
Amerika Birləşmiş Ştatlar yalnız ölkələr arasında ticarət kəsiri aradan qaldırıldığı halda Çinlə müqavilə bağlaya bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib.
Tramp vurğulayıb ki, ABŞ Çinə görə ildə yüz milyardlarla dollar itirir. Bu səbəbdən ticarət kəsiri problemi həll olunmayınca, Vaşinqton Pekinlə razılaşmaya razı olmayacaq.
Prezident qeyd edib ki, ABŞ Çinə qarşı sərt sanksiyalar tətbiq etməklə tamamilə düzgün hərəkət edir.