
BAKI, 7 aprel. TELEQRAF
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tehranda Gilan Əyalətinin valisi Haqşenas Hadi ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə səfirlik “X” hesabında paylaşım edib.
Görüşdə ikitərəfli əlaqələr çərçivəsində əyalətin Azərbaycanın rayonları ilə əməkdaşlığının daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.