BAKI, 7 aprel. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatasına 1987-ci ildən Kipr Respublikasına (adanın yunan tərəfinə - red.) silah tədarükünə tətbiq edilən embarqonu ləğv edən qanun layihəsi təqdim edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Cyprus Mail” qəzeti məlumat yayıb.

Layihə Vaşinqtonun Nikosiyaya silah tədarükünə qoyduğu bütün məhdudiyyətlərin ləğvini nəzərdə tutur.

Sözügedən layihə ötən ildən Amerikda müzakirə olunur. Təşəbbüs Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti tərəfindən sərt reaksiyalarla qarşılanıb.