BAKI, 7 aprel. TELEQRAF

Koreya Respublikasının hakimiyyət orqanları növbədənkənar prezident seçkilərini iyunun 3-nə təyin etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Seçkilərin keçirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinin çərşənbə axşamı planlaşdırılan iclasında qaldırılacaq.