
BAKI, 7 aprel. TELEQRAF
İran hökuməti ABŞ-nin Tehranın nüvə proqramı ilə bağlı tərəflər arasında dolayı danışıqlar aparmaq təklifini qəbul edəcəyinə şübhə ilə yanaşır.
Teleqraf xəbər verir ki, bu barədə İraqın “Baghdad Today” portalı məlumat yayıb.
“Biz Vaşinqtonun dolayı dialoq ideyası ilə razılaşacağına əmin deyilik”, - İran rəsmisi portala deyib.
Həmçinin onun sözlərinə görə, Amerika lideri dolayı dialoq onun siyasi istəklərinə xidmət edəcək nəticələr verərsə, birbaşa danışıqlara müsbət münasibət bəsləyə bilər.
İran hökumətindəki mənbə ABŞ prezidentinin Tehrana qarşı təhdidlərini lazımınca qiymətləndirilməli olduğu barədə xəbərdarlıq da edib: “Trampın şişirtmə meylinə baxmayaraq, onun təhdidlərinə boş söhbət kimi baxmaq olmaz”.