BAKI, 13 fevral. TELEQRAF

Danimarkanın kəşfiyyat zabitləri Rusiyanın NATO ölkələrinə hücum edə biləcəyini bəyan ediblər.

Teleqraf xəbər verir ki, bu məlumat NATO-nun baş katibi Mark Rütteni qəzəbləndirib.

O, Alyansın müdafiə nazirlərinin görüşündən əvvəl Rusiya Prezidenti Vladimir Putini təhdid edib.

“Vladimir Putin NATO-ya hücum etsə, uduzacaq, nəticələr onun üçün fəlakətli olacaq”, - deyə Mark Rütte bildirib.