BAKI, 12 fevral, TELEQRAF

Ağ Ev Trampın Rusiyaya səfəri barədə danışmağa hazır deyil.

Vaşinqton hazırda Amerika prezidenti Donald Trampın Rusiyaya səfərinin mümkünlüyü və şərtləri barədə danışmağa hazır deyil.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.

O deyib: “Hazırda prezidentin Rusiyaya mümkün səfəri ilə bağlı hər hansı məlumat yoxdur”.

***

21.11

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı Moskvaya dəvət edib.

Teleqraf verir ki , bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Rusiya prezidenti ABŞ prezidentini Moskvaya səfərə dəvət edib", - Kreml sözçüsü bildirib.