BAKI, 13 fevral, TELEQRAF

Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinə başlamaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman belə hesab edir.

O, aif.ru- ya verdiyi açıqlamasında bildirib ki, bu qərar ölkəni daha böyük fəlakətə aparacaq. Deputatın sözlərinə görə, bunun Ermənistan üçün mənfi nəticələri olacaq, Aİ isə əksinə, siyasi divident qazanacaq.

Vasserman onu da qeyd edib ki, İrəvanın bu addımı Rusiya üçün ciddi dəyişiklik yaratmayacaq. O əlavə edib ki, Rusiyanın Gürcüstan və Azərbaycanla münasibətləri bir qədər də yaxşılaşa bilər, çünki Ermənistan uzun müddətdir ki, onlarla münaqişədədir.

Bundan əlavə, Vasserman vurğulayıb ki, Türkiyə və İran regionda öz təsirlərini gücləndirmək üçün vəziyyətdən istifadə edə bilər: "Onlar buna görə Rusiyaya minnətdar olacaq, hərçənd, bu minnətdarlıq Paşinyanı Ermənistana başçı təyin edən Corc Sorosa düşür".