![](https://teleqraf.az/storage/2025/02/12/715x378/kiyev_daginti.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Ukrayna-Rusiya müharibəsində artan gərginlik Kiyevə raket hücumu ilə yeni miqyas alıb.
Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı azı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Xəsarət alanlardan birinin uşaq olduğu bildirilir.
Məlumata görə, rusların raket hücumu nəticəsində inzibati binalara, anbarlara ziyan dəyib. Yaşayış binalarında yanğın və dağıntılar baş verib.