BAKI, 13 fevral. TELEQRAF

Hazırda Qara və Azov dənizlərində Rusiyanın döyüş və ya hərbi gəmiləri yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Qara və Azov dənizlərində düşmən gəmiləri yoxdur. Aralıq dənizində isə Rusiyanın 4 gəmisi var. Bunlardan 3-ü “Kalibr” qanadlı raketlərinin daşıyıcısıdır”, - açıqlamada deyilir.

Rusiyanın dənizlərdəki hərbi gəmilərini Ukraynanın yüksək dəqiqlikli raket zərbələrindən qorumaq üçün geri çəkdiyi bildirilir.