![](https://teleqraf.az/storage/2024/07/18/715x378/dollar.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Lirə dollar qarşısında kəskin ucuzlaşıb.
Teleqraf xəbər verir ki, Bakı vaxtı ilə saat 12:00-a olan məlumata görə, dollar lirə qarşısında 0,07 faiz artaraq 36,1235 lirə təşkil edib.
Digər tərəfdən, ötən gün dollar ən yüksək 36.1177 TL, ən aşağı isə 36.0133 TL-dən mübadilə edilib. Lirə/dollar məzənnəsi günü 36.0998 lirədən tamamlayıb.
Bu ay ilin əvvəli ilə (35,3663 TL) müqayisədə dollar lirəyə nisbətdə 2,12 faiz bahalaşıb.
2024-cü illə müqayisədə isə dolların dəyəri 30,7181 lirədən 36,1235 lirəyə yüksəlib.