BAKI, 13 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə deyib ki, bütün işğal olunmuş ərazilərin geri qaytarılmasına ümid etməsin.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Amerikanın mövqeyini ilk səsləndirən Pentaqon rəhbəri Pit Heqset olub. O, bunu NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən toplantıda açıqlayıb.

ABŞ-nin müdafiə naziri bəyan edib ki, Ukraynanın 2014-cü ildəki sərhədlərinə qayıtmaq şansı yoxdur.