BAKI, 12 fevral. TELEQRAF

Kiyev meri Vitali Kliçko cəbhə bölgələrinə 600-ə yaxın dron, mobil avtomobil təmiri sexləri və hərbi texnika aparıb.

Teleqraf xəbər verir ki, bu barədə şəhər rəhbəri sosial şəbəkə hesabında paylaşım edib.

O, büdcədənkənar vəsait hesabına alınmış pilotsuz təyyarələri və texnikanı qoşunlarının iki briqadasına təhvil verib.

Mer vurğulayıb ki, Kiyev həm şəhər büdcəsindən, həm də büdcədənkənar vəsaitlərlə orduya kömək edir.