BAKI, 13 fevral. TELEQRAF

Beynəlxalq "Forex" valyuta bazarında dolların rubla qarşı məzənnəsi (USD/RUB) 90 rubldan aşağı düşüb. Bu, 2024-cü ilin 12 sentyabrından bəri ilk dəfə baş verib. İnvesting məlumatlarına görə, Moskva vaxtı ilə saat 10:33-də dollar 4,495 rubl və ya 4,78% ucuzlaşıb və məzənnə 89,5005 rubla düşüb.

Teleqraf xəbər verir ki, Rusiyanın banklararası bazarında, Moskva vaxtı ilə saat 10:33-də dollar 3,3% dəyər itirib, məzənnə 90,88 rubla düşüb.

Eyni zamanda, Moskva birjasında mart ayında icra edilən dollar fyuçersləri 2,69% azalaraq 93,639 rubla qədər ucuzlaşıb.

Qeyd edək ki, bu günün rəsmi məzənnəsinə görə, Azərbaycanda 100 rubl 1,8085 manata kimi bahalaşıb.