BAKI, 12 fevral. TELEQRAF

ABŞ-də neft ehtiyatları ötən həftə 4,07 milyon barel artaraq, 427,86 milyon barelə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.

Benzin ehtiyatları 3,04 milyon barel azalaraq, 248,05 milyon barelə düşüb. Distillə ehtiyatları isə 135 min barel artaraq, 118,62 milyon barrelə çatıb.

Mütəxəssislər neft ehtiyatlarının 2,31 milyon barel, benzin ehtiyatlarının isə 1,21 milyon barel artacağını və distillə ehtiyatlarının 2,25 milyon barel azalacağını gözləyirdilər.