TBİLİSİ, 12 fevral. TELEQRAF
“Biz Gürcüstanda baş verənləri müəyyən narahatlıqla izləyirik”.
Teleqraf xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Brüsseldə mətbuat konfransında deyib.
O, Gürcüstandakı son hadisələrlə bağlı artıq şərh verdiyini qeyd edib.
“Mən Gürcüstandakı seçkilərin nəticələrini artıq şərh etmişəm, eləcə də Gürcüstanın demokratiya, qanunun aliliyi və insan haqları dəyərlərimizə uyğun olaraq NATO və Avropa İttifaqı yolunda qalması istəyimizi ifadə etmişəm.
Amma düşünürəm ki, hər dəfə bunu təkrarlamaqdan çəkinməliyəm, çünki mən artıq şərh vermişəm və əlbəttə ki, biz Gürcüstanda baş verənləri müəyyən narahatlıqla diqqətlə izləyirik, buna əmin ola bilərsiniz”, - M.Rutte deyib.