![](https://teleqraf.az/storage/2025/02/13/715x378/ap-20353229237376.jpg)
BAKI, 13 fevral. TELEQRAF
ABŞ kəşfiyyatı xəbərdarlıq edir ki, İsrail ilin ortalarına qədər İranın nüvə obyektlərinə qarşı qabaqlayıcı hücuma keçəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Washington Post” kəşfiyyat hesabatlarına istinadla məlumat yayıb.
ABŞ nəşri yazır ki, belə bir hücum İranın nüvə proqramını inkişafdan geri salacaq, həmçinin regionda gərginliyi artıracaq və genişmiqyaslı toqquşma riski yaradacaq.
Qəzet İsrail hökuməti və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məsələ ilə əlaqədar şərh verməkdən imtina etdiyini bildirir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz nəşrə deyib ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək. Onun sözlərinə görə, Amerika İranla problemlərin sülh yolu ilə həllinə üstünlük versə də, Tehran razılaşmaq istəməsə, Vaşinqton qeyri-müəyyən vaxta qədər gözləməyəcək.
Ən geniş kəşfiyyat hesabatı ABŞ-nin Baş Qərargahı və və Hərbi Kəşfiyyat İdarəsi tərəfindən yanvarda hazırlanıb. Burada xəbərdarlıq edilir ki, İsrail İranın Fordo və Natanz nüvə obyektlərinə hücuma cəhd edə bilər.