BAKI, 13 fevral. TELEQRAF

Fələstinliləri Qəzza zolağından köçürmək cəhdi cinayətdir, baş tutmayacaq.

Teleqraf xəbər verir ki, Suriya Prezidenti Əhməd Şəra amerikalı həmkarı Donald Trampın fələstinliləri Qəzza zolağından köçürmək planını belə şərh edib.

“Trampın Qəzza planı baş tutmayacaq. Heç bir güc xalqı öz torpağından məhrum edə bilməz. Bütün qırğınlar və dağıntılara baxmayaraq, fələstinlilər öz torpaqlarını tərk etməyiblər. Trampın həyata keçirməyə çalışdığı şey cinayətdir, uğursuzluğa düçar olacaq.

Bundan əlavə, İsrailin Qolan təpələrini işğal etməsi beynəlxalq hüququ pozan açıq cinayətdir”, - dövlət başçısı vurğulayıb.