![](https://teleqraf.az/storage/2025/02/12/715x378/ssr_suviner.jpg)
BAKI, 12 fevral. TELEQRAF
İtaliyadan olan iki turist Estoniyaya daxil olarkən saxlanılıb.
Teleqraf rus.postimees.ee nəşrinə istinadən xəbər verir ki, onların üzərində keçmiş SSRİ-nin simvolları olan suvenirlər olub.
Eston sərhədçilər bir-birindən ayrı səyahət edən iki avropalının baqajında üzərində SSRİ rəmzləri olan döş nişanları, eynək və brelok aşkar ediblər.
İtalyanlara ölkədə belə simvolların qadağan olunduğu izah edilib. Hər iki turistin əşyaları müsadirə olunandan sonra onların Estoniyaya səyahətlərinə icazə verilib.