![](https://teleqraf.az/storage/2025/02/13/715x378/ahdniz.jpg)
Bakı,13 fevral. TELEQRAF
BP-nin operatorluğu altında Azəri-Çıraq-Günəşli-də (AÇG) təqribən 535 milyon dollar əməliyyat və 1,293 milyon dollar əsaslı xərclər sərf edilib.
Teleqraf xəbər verir ki, bu barədə BP-nin 2024-cü ilin yekunlarına dair hesabatında qeyd edilib.
2023-cü illə müqayisədə şirkətin əməliyyat məsrəfləri 6.15% artıb, əsaslı xərcləri isə 14.82% azalıb.