BAKI, 12 fevral. TELEQRAF

ABŞ Prezidenti Tramp və Ukrayna Prezidenti Zelenski aralarındakı telefon söhbətini şərh ediblər.

Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlama verib, Zelenski isə "Telegraf" kanalında yazıb.

Tramp bildirib ki, Zelenski də “Rusiya prezidenti Vladimir Putin kimi sülh istəyir”.

Zelenski isə "Telegram" da yazıb: "Mən indicə Donald Trampla danışdım. Uzun söhbətimiz oldu. Sülhün əldə olunması imkanlarından danışdıq. Komanda səviyyəsində birgə işləməyə hazır olduğumuzu bildirdik. Texnoloji imkanlarımız, xüsusən də pilotsuz təyyarələr və digər müasir istehsallar haqqında söhbət etdik. Prezident Trampa bizim birlikdə görə biləcəyimiz işlərə göstərdiyi marağa görə minnətdaram".

O, həmçinin Ukraynada səfərdə olan ABŞ-nin maliyyə naziri Skott Bessentlə söhbətini Trampla müzakirə edib. ABŞ Prezidenti də öz növbəsində ona Putinlə söhbətinin təfərrüatları barədə məlumat verib.

***

22.04

Fevralın 12-də Amerikanın 47-ci Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonda danışıb.

Teleqraf xəbər verir ki, bundan öncə Trampın Rusiya lideri Vladimir Putinlə telefon danıışığı olub.

Söhbətin təfərrüatı barədə hələlik məlumat verilmir.