BAKI, 13 fevral. TELEQRAF

2024-cü ildə "Şahdəniz 2" layihəsi çərçivəsində aktiv qazma əməliyyatları həyata keçirilib.

Teleqraf bp-nin 2024-cü ilin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, "Şahdəniz Alfa" platformasında quyu qazılmasa da, platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

"İstiqlal" və "Heydər Əliyev" qazma qurğuları, layihənin müxtəlif sahələrində quyular üzrə işlər davam etdirilib.

Ümumilikdə, "Şahdəniz 2" çərçivəsində 21 quyu qazılıb.

Qeyd edək ki, bu quyular arasında yatağın şimal cinahında beş, qərb cinahında dörd, şərq-cənub cinahında dörd, qərb-cənub cinahında beş və şərq-şimal cinahında üç quyu yer alıb.