![](https://teleqraf.az/storage/2025/02/13/715x378/_(1).jpg)
BAKI, 13 fevral, TELEQRAF
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTX) ölkənin keçmiş prezidenti Petro Poroşenkoya qarşı sanksiyalarla bağlı qərarı fevralın 13-də dərc olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski "Telegram" kanalında bildirib.
O yazıb: “Mən indicə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirdim – qərar qəbul edilib və sabah dərc olunacaq”.
Prezidentin sözlərinə görə, bu yolla hakimiyyət “dövləti qoruyur və ədaləti bərpa edir”.
Zelenski vurğulayıb: “Milli təhlükəsizliyi pozan və Rusiyaya kömək edən hər kəs qanun qarşısında cavab verməlidir. Ukraynanı, Ukraynanın maraqlarını və ölkənin təhlükəsizliyini faktiki satmaqla qazanılan milyardlar bloklanmalıdır".
Bundan bir qədər əvvəl “Forbes Ukraine” Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkənin keçmiş prezidenti Petro Poroşenkoya qarşı sanksiya tətbiq etdiyini və onu dövlətə xəyanətdə ittiham etdiyini bildirmişdi .