![](https://teleqraf.az/storage/2018/07/15/715x378/putin-tramp_gr_detallar.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Kreml rəsmiləri Putin və Tramp arasında telefon danışığından sonra bəyanat yayıblar.
Teleqraf xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov iki siyasətçi arasında söhbət bir saat yarım çəkib.
Bu müddət ərzində prezidentlər rusiyalı və amerikalı əsirlərin mübadiləsi ilə bağlı məsələləri müzakirə ediblər.
Trampın sözlərinə görə, Vaşinqton əldə olunan bütün razılaşmaları yerinə yetirməyə hazırdır.
Amerikalı siyasətçi hərbi əməliyyatların tezliklə dayandırılmasının və Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Vladimir Putinin sözlərinə görə, ilk növbədə münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır. O, həmçinin “uzunmüddətli həllə sülh danışıqları yolu ilə nail olmağın” mümkünlüyünü bildirib.
Rusiya lideri təsdiqləyib ki, indi Moskva və Vaşinqtonun birgə işləmək vaxtıdır. Telefon danışığı zamanı siyasətçilər Yaxın Şərq sülhü, İranın nüvə proqramı və ölkələr arasında ikitərəfli iqtisadi əlaqələri müzakirə ediblər.
***
21.02
BAKI, 12 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında çərşənbə günü səhər telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanal bildirir ki, Prezident Donald Tramp çərşənbə günü səhər Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.