BAKI, 13 fevral. TELEQRAF

Tacikistanın sabiq xarici işlər naziri Hamroxon Zərifi və dövlət çevrilişinə cəhddə ittiham olunan digər bir sıra siyasətçilər məhkəmə tərəfindən 18 ildən 27 ilə qədər azadlıqdan məhrum edilib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu Tacikistan Ali Məhkəməsinin birinci müavini Şavkat Lutfullozoda keçirdiyi mətbuat konfransında bildirib.

“Sabiq xarici işlər naziri Hamroxon Zərifi və keçmiş deputat, Tacikistanın Demokratik Partiyasının sədri Saidjafer Usmonzoda 27 il müddətinə azadlıqdan məhrum edilib”, - məlumatda deyilir.