BAKI, 13 fevral. TELEQRAF

Sosial daxilolmalar son 6 ildə 2,5 dəfə artıb və hazırda 5,7 milyard manatdan çoxdur.

Teleqraf xəbər verir ki, bu açıqlamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli "Vergi xdiməti 25 - Davamlı inkişaf və transformasiya" adlı Forumda bildirib.

Xidmət rəisi əlavə edib ki, bunun nəticəsində dövlətin sosial sığorta fondunun büdcənin transfertlərindən asılılığı 2018-ci ildəki 35,6 faizdən azalaraq 17,5 faiz təşkil edir".