BAKI, 18 iyun. TELEQRAF
Avropa İttifaqı İrana qarşı sanksiyaları ləğv etmək niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas bildirib.
"İrana qarşı sanksiyalar üçün şərtlərimiz var. Nüvə proqramına gəldikdə isə, əgər razılaşma olarsa, müzakirə ediləcək məsələlər olacaq. İnsan haqlarına qarşı sanksiyalarımız var. Amma onlarla bağlı vəziyyət əvvəldən daha mürəkkəbdir. Həmçinin naviqasiya azadlığının pozulmasına görə sanksiyalarımız var. Əgər onların ləğvi üçün şərtlər yerinə yetirilərsə, Avropa İttifaqı ölkələri bunu müzakirə edəcəklər".