BAKI, 18 iyun. TELEQRAF
İsrail öz ərazisini təmin edənə qədər qoşunlarını Cənubi Livandan çıxarmaq niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
"Biz şimal bölgələrində təhlükəsizlik və rifahı bərpa edəcəyik. Bunu etmək üçün cənubi Livandakı təhlükəsizlik zonasını qoruyub saxlamalıyıq və İsrailin təhlükəsizlik ehtiyacları tələb etdiyi müddətdə oradan geri çəkilməməliyik", - deyə o, bildirib.