BAKI, 17 iyun. TELEQRAF

Çin hökuməti müharibənin fəsadları ilə mübarizə aparan İran və Livana humanitar fəlakətin aradan qaldırılması məqsədilə kömək edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.

O qeyd edib ki, Pekin hər iki ölkədəki humanitar böhrandan dərin kədər hissi duyur və real vəziyyəti nəzərə alaraq bərpa, yenidənqurma, həmçinin əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün yardım ayırmaq qərarına gəlib.

Qeyd edək ki, bu, cari ilin fevral ayında başlayan hərbi əməliyyatlardan bəri Pekinin Tehrana göstərdiyi ikinci humanitar dəstəkdir. Çin oxşar yardımı ilk dəfə mart ayında göndərmişdi.