BAKI, 14 iyun. TELEQRAF

İsrailin şimalında düşmənə məxsus hava obyektlərinin ölkə ərazisinə daxil olması səbəbindən hava həyəcanı siqnalı verilib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin yaydığı rəsmi məlumatda bildirilir.

Ordunun açıqlamasına görə, İsrail-Livan sərhədi yaxınlığında iki şübhəli hava hədəfinin yerə düşdüyü müəyyən edilib.

Məlumatda hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.