BAKI, 11 iyun. TELEQRAF
İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkə ərazisinə endirdiyi zərbələri kəskin şəkildə qınayıb və bu addımın əldə olunmuş regional sabitlik səylərinə ciddi zərbə vurduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə "Əl Cəzirə" məlumat yayıb.
Nazirliyin rəsmi bəyanatında qeyd olunub ki, Vaşinqtonun bu hərəkətləri tərəflər arasında aprelin 8-də bağlanmış atəşkəs razılaşmasını faktiki olaraq qüvvədən salır: "ABŞ-nin qanunsuz və cinayətkar hücumları BMT Nizamnaməsinin açıq-aşkar pozuntusu olmaqla yanaşı, əldə edilmiş birtərəfli və ya çoxtərəfli atəşkəs razılaşmalarını da praktiki olaraq mənasız edir".
Tehran həmçinin xəbərdarlıq edib ki, yaranmış hərbi gərginliyin regional təhlükəsizliyə təsiri qaçılmazdır: “Bu cinayətkar aktın doğura biləcəyi son dərəcə ciddi və təhlükəli nəticələrə görə bütün məsuliyyət birbaşa ABŞ-nin üzərinə düşür”.