İsrailin şimal bölgələrində hava həyəcanı siqnalları işə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı məlumat yayıb.

Məlumata görə, raket təhlükəsi ilə bağlı xəbərdarlıq siqnalları əsasən Qalileya bölgəsində aktivləşdirilib. Bölgədə gərginlik yüksək olaraq qalır.

Bundan əvvəl isə Yuxarı Qalileyada yerləşən Kiryat-Shmona şəhərində və Rosh Pina qəsəbəsində də hava həyəcanı elan olunub.

Yerli hakimiyyət əhaliyə sığınacaqlara yaxın olmağı və təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir.