BAKI, 6 sentyabr. TELEQRAF
ABŞ Energetika naziri Kris Rayt Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı yeni saziş imzalamaya biləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Kris Rayt “ABC News”a müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, İranla nüvə sazişinin bağlanmaması ehtimalı da var. O, Vaşinqtonun Tehranın bu istiqamətdə fəaliyyət imkanlarını aradan qaldırmağa çalışa biləcəyini qeyd edib.
Rayt həmçinin sazişin İranın növbəti hökuməti ilə bağlanmasının mümkün olduğunu bildirib.
ABŞ rəsmisi yekun nəticənin hazırda məlum olmadığını vurğulayıb.