BAKI, 6 sentyabr. TELEQRAF
Mərakeşin "Vidad" klubu Hakim Ziyeşlə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə Kasablanka təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ilə gələn ilin yayına kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Hakim Ziyeş 2025-ci ilin oktyabrından "Vidad"da çıxış edirdi. Mərakeşli futbolçu komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
O, 2024 və 2025-ci illərdə Türkiyə təmsilçilərindən "Qalatasaray"ın formasını geyinib.