BAKI, 6 sentyabr. TELEQRAF

Kabo-Verdedə sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 25 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə “Noticias Ao Minuto” məlumat yayıb.

Hadisə Kabo-Verdenin Foqo adasında, Kampanas-de-Sima ərazisində baş verib. Ekskursiyadan qayıdan sərnişin avtobusu yoldan çıxaraq təxminən 30 metr hündürlükdən dərəyə düşüb.

Qəza nəticəsində daha 18 uşaq xəstəxanaya çatdırılıb. Onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir. Hadisə yerində mütəxəssislər işləyir.

Kabo-Verde Prezidenti Joze Mariya Pereyra Neveş qəzanın səbəblərinin araşdırılmasına çağırıb və faciədən zərər çəkən ailələrə yardım göstəriləcəyini bildirib.

Ölkənin Baş naziri Fransişku Karvalyu da həlak olanların yaxınlarına başsağlığı verib. Foqo adasında iki günlük matəm elan olunub.