BAKI, 6 sentyabr. TELEQRAF
Hindistanın paytaxtı Dehlidə beşmərtəbəli tələbə yataqxanasının çökməsi nəticəsində azı 3 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.
Teleqraf xəbər verir ki, hadisə Dehlinin Cənub-Qərb hissəsində, Dehli Universitetinin Cənub kampusunun yaxınlığındakı Satya-Niketan ərazisində baş verib.
“Hostel Daze” adlı binanın təxminən 40-50 il yaşı olduğu bildirilir. Hadisə zamanı binanın zirzəmisində təmir-tikinti işlərinin aparıldığı qeyd edilir. Şahidlərin sözlərinə görə, dağıntılar altında 40-50 nəfərin qala biləcəyi ehtimal olunur. Lakin bu rəqəm hələ rəsmi olaraq təsdiqlənməyib.
Hazırda ərazidə Milli Fəlakətlərə Cavab Qüvvələri, polis, yanğınsöndürənlər və digər qurumların iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır. Xilasedicilər dağıntılar altında qalan şəxslərə çatmağa çalışırlar.
Hadisə ilə bağlı binanın sahibi Anand Bansala qarşı cinayət işi açılıb. Dehli polisi onun müəyyən edildiyini və araşdırmanın davam etdiyini açıqlayıb.
Hindistanın Baş naziri Narendra Modi hadisə ilə bağlı başsağlığı verib və xilasetmə işlərinin davam etdiyini bildirib. Dehli Baş naziri Rekha Qupta isə xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ilə maraqlanıb və hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılacağını açıqlayıb.
#WATCH | Delhi: Search and rescue operations are underway on a war footing in South Delhi's Satya Niketan area following the collapse of a building.
— ANI (@ANI) September 6, 2026
Teams from the National Disaster Response Force (NDRF), Fire Service, Delhi Police, and other agencies are working at the site… pic.twitter.com/7mUvZDgvoS