BAKI, 6 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının IV turunda “Turan Tovuz” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Turan Tovuz”un heyətində Jo Batista (20) və Xorxe Silva (60) fərqlənib. “Sumqayıt”ın heyətində isə yeganə qolu Ronaldo Vaskes (9) vurub.
Bu nəticədən sonra Kurban Berdıyevin komandası 7 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Sumqayıt” təmsilçisi isə xalsız sonuncu pillədədir.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.