BAKI, 15 mart. TELEQRAF

İsrail ordusu şənbə günü Livanın paytaxtında "Hizbullah" qruplaşmasının elit "Radvan" bölməsinə məxsus bir neçə komanda mərkəzini məhv etdiyini iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail hərbi rəhbərliyinin yaydığı rəsmi bəyanatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, hərbi hava qüvvələri Livanın cənubundakı Əl-Katrani bölgəsində "Hizbullah"a məxsus bir neçə raketatma məntəqəsinə zərbələr endirib.

Hazırda Beyrutun müxtəlif istiqamətlərində və ölkənin cənubunda hərbi aktivlik davam edir.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.