BAKI, 15 mart. TELEQRAF

Bu gün səhər saatlarında İranın Şiraz şəhərinin cənub-şərqində yerləşən yaşayış massivinə raket zərbəsi endirilib.

Teleqraf xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, hücum əsasən fəhlələrin və sosial yardım alan şəxslərin məskunlaşdığı bölgəni hədəf alıb. Zərbələr nəticəsində bir neçə yaşayış binası tamamilə dağılıb, mülki sakinlər arasında yaralananlar var.

Hazırda hadisə yerində xilasetmə briqadaları fəaliyyət göstərir. Yaralıların vəziyyəti və dəqiq sayı barədə əlavə məlumatın veriləcəyi gözlənilir.