BAKI, 2 mart. TELEQRAF
Cənubi Kipr Prezidenti Nikos Xristodulides (adanın yunan tərəfi) Akrotiridəki Böyük Britaniya hava bazasına gecə vaxtı İran tərəfindən PUA hücumunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə o, xalqa müraciətində bildirib.
O bəyan edib ki, “Şahid” tipli pilotsuz uçan aparat Akrotiridəki Britaniya bazalarındakı hərbi obyektlərə çırpılaraq kiçik maddi ziyana səbəb olub.