BAKI, 7 sentyabr. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfəri baş tuta bilər.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Artıq yaxın vaxtlarda. Hələlik dəqiq tarix yoxdur”, - Peskov səfərin mümkün vaxtı ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, sentyabrın 1-də Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra tərəflərin dialoqu Moskvada davam etdirmək barədə razılığa gəldiklərini açıqlamışdı. Putin də Ermənistanın baş nazirini Moskvaya dəvət etdiyini təsdiqləyib.